<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>284</hymn_number>
<lyrics>[V1]
 Oyan, ey xalq, vaxt çatıbdır,
 Yuxudan ayılmaq məqamıdır.
 Düşmən dəlicə səpmiş, bu işi gecə yarısı etmiş.

[C1]
   Baxın, dəlicələr necə böyüyür,
   Buğdaların kökün kəsmək istəyir.
   Onları tamam məhv edib
   Əbədi ömür sürmək istəyir.

[V2]
 Qəddarcasına tor qurur, acgözlüklə nəmliyi sovurur,
 Buğdaya ziyan vurur, bundan sevinib şad olur.

[C2]
   Böyüyür, sanki sünbülləşəcək,
   Buğdaların kökünü kəsəcək.
   Şükür, biçin günü yaxındır,
   Biçinçi orağıyla yoldadır.

[V3]
 Qızıl sünbüllərin Sahibi orağın işə salacaq,
 Köməkçiləri ilə taxılını anbara yığacaq.

[C3]
   Düşmənin səpdiyi dəlicələrə
   Artıq möhlət verilməyəcək.
   Onlar buğdadan ayrılıb,
   Atəşə təslim ediləcək.</lyrics>
<title>Oyan, ey xalq, vaxt çatıbdır İL284</title>
</song>